Logo

ADU-da Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş virtual konfrans keçirilib

02.05.2021 16:45 676 baxış
IMG

Azərbaycan Dillər Universitetinin Təhsil-2 fakültəsi  nəzdində İngilis dilinin qrammatikası kafedrası dünya şöhrətli azərbaycanli alim, professor Lütfi Zadənin həyat və yaradıcılığına həsr olunmuş virtual konfrans  keçirib.

 

Tədbirdə ADU-nun Elmi  işlər üzrə  prorektoru prof. N.Məmmədov, Tədris işləri üzrə prorektor prof. S.Zeynalova, rektorun müşaviri i.f.d. A.Osmanlı, Təhsil-1 fakültəsinin dekanı prof. F.Cahangirov, Təhsil-2 fakültəsinin dekanı dos. S.Nuriyev, Linqvokulturologiya kafedrasının müdiri prof. M.Qazıyeva, regionşünaslıq kafedrasının müdiri dos. S.Əliyeva, müəllimlər və tələbələr iştirak edib.

 

Tədbirin moderatoru, İngilis dilinin qrammatikası kafedrasının dosenti Leyla Xanbutayeva virtual görüşü açıq elan edərək  ilk sözü ADU-nun Elmi  işlər üzrə  prorektoru prof. Novruz Məmmədova verib.

 

Dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Ə.Zadə dühasının elmimizə verdiyi töhfələrdən bəhs edən N.Məmmədov onunla bağlı xatirələrini paylaşıb, alimin ölümündən sonra nəşinin Bakıya gətirilməsində, onun torpağa tapşırılmasında iştirakçı olduğunu qeyd edib. 

 

Növbəti söz Azərbaycan Texniki Universtetinin professoru, Lütfi Ə.Zadə irsinin davamçısı, illərlə Amerikada onunla çiyin-çiyinə çalışmış, mənəvi qızı sayılan,  Lütfi Ə. Zadə adına Beynəlxalq Elmlər Akademiyasının vitse-prezidenti Şahnaz N.Şahbazovaya verilib. O, elm zəkasının elmi irsindən, bioqrafiyasından, Soft Computing nəzəriyyəsindən böyük ilhamla danışdı. Şahnaz xanım Benjamin Franklin medalının alimə təqdimatını ilk dəfə video çarx vasitəsilə görüş iştirakçılarının diqqətinə çatdırıb. Şahnaz xanım məhz onun təkidi ilə alimin kremasiyadan imtina etməsini və doğulduğu, heç vaxt unutmadığı vətəni Azərbaycanda torpağa tapşırıldığını iştirakçıların nəzərinə çatdırıb.


           
Virtual görüşə İncəsənət Universitetinin professoru, rejissor Oqtay Babazadə xüsusi rəng qatıb. O, prof. Lütfi Ə.Zadə haqqında çəkdiyi, ssenarisi M.Səmədə aid olan “Uzaq-yaxın Lütfi Ə.Zadə” filmi  haqqında xatirələrini böyük səmimiyyətlə iştirakçıların nəzərinə çatdırıb. Dəfələrlə böyük alimlə görüşən  O.Babazadə onun incəsənətə vurğunluğundan danışdı və evində Azərbaycanın görkəmli bəstəkarları Q. Qarayevin, F.Əmirovun, C.Hacıyevin kasetlərini saxladığını və  Azərbaycan müsiqisini böyük həvəslə dinlədiyindən bəhs edib.  


Xarici qonaqların görüşə dəvət olunması iştirakçıların xüsusi diqqətinə səbəb olub. Rumıniyanın Arad Universitetinin  professsoru Valentina E.Balas, prof. Lütfi Ə.Zadə haqqında xatirələrini slaydlar vasitəsilə dilə gətirib. Lütfi Ə.Zadənin qeyri-səlis məntiq məqaləsi ABŞ hökumətinin “Golden Goose” mükafatına layiq görülməsindən, Kaliforniyadakı Berkli Universitetində laboratoriyada ona elmi işinin ərsəyə gəlməsində köməyindən danışıb.V.E.Balaş  O, 2017- ci ildə Bakıya gələrək görkəmli alimin məzarını ziyarət etmişdir.

 

Meksika Milli Polotexnik institutunun professoru, Süni İntellekt cəmiyyətinin prezidenti İldar Batırşin qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı, güclü məntiqə malik, hər sözdə, cümlədə, danışıqda, hərəkətdə məntiq axtaran, dünya şöhrətli Lütfi Ə.Zadə haqqında xatirələrini auditoriya ilə bölüşdü, onun həm də gözəl rəssamlıq qabiliyyətinin olduğunu vurğulayıb. Çəkdiyi şəkillərin  arasında ABŞ-ın sabiq prezidentləri Nikson və Trumenin eləcə də, Rostropoviç, Qalina Vişnevskaya, Svyatoslav Rixter kimi 50-yə yaxın tanınmış şəxslərin icazəsiz şəkillərini çəkdiyini diqqətə çatdırdı. Lütfi Ə.Zadəyə sağlığında Kaliforniya Universitetinin ömürlük fəxri professoru adının verilməsindən, ona dünya  şöhrəti qazandıran beş nəzəriyyənin əhəmiyyətindən danışıb. 

 

Görüşdə fakültə dekanı dos.S.Nuriyev də geniş nitq söyləyərək Lütfi Ə.Zadənin Z-çevirmə kimi tanınan nəzəriyəsi haqqında və bu nəzəriyyənin  tərcümə sahəsində əhəmiyyətli rolundan danışıb.

 

İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi A.Səlimova professor Lütfi Ə. Zadənin həyat və yaradıcılığı ilə bağlı apardığı araşdırmalardan danışdı və nitqinin sonunda Şahnaz xanıma alimin Azərbaycan mətbəxinə münasibəti haqqında sualla müraciət edib.

 

İngilis dilinin qrammatikası kafedrasının baş müəllimi R.Əliyeva, P.Yusifova prof. Lütfi Ə.Zadə haqqında görkəmli şəxslərin xatirələri haqqında qonaqlara suallar ünvanlayıblar.

 

ADU-nun Tədris işləri üzrə prorektoru prof. S.Zeynalova söz alaraq görüşün təşkilində əməyi olan İngilis dilinin qrammatikası kafedrasının əməkdaşlarına, qonaqlara, iştirakçılara dərin təşəkkürünü bildirərək, görüşdən xüsusi zövq aldığını və bu virtual toplantının onu yeni araşdırmalara ruhlandırdığını söyləyib. O, virtual görüşün üç dildə - Azərbaycan, rus və ingilis dillərində keçirilməsini böyük uğur adlandırıb.

Xəbər lenti