Logo

1 May Beynəlxalq Əmək Günüdür

01.05.2021 11:03 414 baxış
IMG

Bu gün zəhəmtkeşlərin bayramıdır, bütün ilboyu, yorulmadan çalışan, əziyyət çəkən zəhmətkeşlərin.

 

Tarixə nəzər salsaq, bu bayramın elə də asan başa gəlmədiyini anlayarıq. 1866-cı ildə Amerikan işçiləri Baltimorda toplandıqları konqresdə günlük iş vaxtının 8 saata endirilməsi tələblərini ciddi şəkildə irəli sürmək haqda qərar qəbul etdilər.

 

Cebhe.info xatırladır ki, 1884-cü ildə Çikaqoda toplanan Amerika İşçi Federasiyası və Beynəlxalq İşçilər Birliyi "8 saatlıq iş günü"nü burjuaziyaya zorla qəbul etdirmək haqda qərar qəbul etdi.

 

Bu qərara görə, 2 il sonra – 1 may 1886-cı ildə 8 saatlıq iş günü üçün boykotlar ediləcək və aksiyalar keçirəcəkdilər. 1 may 1886-cı ildə demək olar ki, bütün sənaye mərkəzlərində – Nyu-York, Çikaqo, Filadelfiya, Baltimorda... 200 mindən çox işçi boykota başladı. Çikaqoda 80 min işçi haqları olan "8 saatlıq iş günü" tələbi altında sıx sıralarla möhtəşəm yürüş keçirdi.

 

Ümummilli boykotun və bu aksiyaların yayılmasından qorxan burjuaziya silahlı əsgərlərlə yanaşı həm də, casus provakatorlar tutaraq hücuma keçdi. 3 may günü "McCormic" fabrikinin qarşısında onlara qatılmayan digər işçiləri boykota qoşulmağa çağıran silahsız işçilərə atəş açıldı və bir işçi öldürüldü. İşçilər bu qanlı hadisəni protest etmək üçün mitinq keçirmək qərarına gəldilər.

 

11 noyabr 1887-ci ildə edama aparılan Avqust Spiesin son sözü belə oldu: "Səssizliyimizin, bu gün boğacağınız səslərdən daha güclü olacağı gün gələcək". Doğrudan da, bu repressiya və edam qərarları etirazlar, zəhmətkeşlərin beynəlxalq birliyinə və yeni, daha güclü mübarizələrə təkan verdi.

 

Avropada da işçi hərəkatı güclü inkişaf etdi və canlandı. 1889-cu ilin iyulunda Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində 1 May tarixi dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.

 

Fransız Həmkarlar İttifaqının üzvü, bordolu fəhlə Laviqn təklif etdi ki, hər bir ölkənin zəhmətkeşləri Əmək Bayramı günü adı altında bu tələbi ortaya qoysunlar. Burada amerikalı işçilərin nümayəndəsi diqqəti 1890-cı ilin 1 Mayı ilə bağlı yoldaşlarının eyni qərarına yönəltdi, beləliklə Konqres həmin günü proletariatın bayram günü kimi müəyyən etdi.

 

Sovet İttifaqında bu bayram dünyada ən möhtəşəm səviyyədə keçirilirdi. 30 yaşdan yuxarı vətəndaşlarımız – keçmiş sovet adamları 1 May bayramını yaxşı xatırlayırlar. Bayramdan bir neçə gün öncə bütün ölkə boyu – idarə, müəssisə və təşkilatlarda, məktəblərdə böyük çoşqu ilə hazırlıq gedirdi.

 

1 May 122 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq qeyd edilir. İndiyə kimi 1 May nümayişlərində 1000-dən çox insan öldürülüb. Lakin bu qurbanlar 1 Mayı Beynəlxalq Zəhmətkeşlər Bayramı kimi qeyd edən milyonları qorxutmur.

Xəbər lenti