Logo

ADPU Beynəlxalq İkili Diplom Proqramına müəllim qəbulu elan edir

30.04.2021 22:32 896 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universiteti ilə birgə magistratura səviyyəsində "Təhsil" ixtisası üzrə Beynəlxalq İkili Diplom Proqramında müəllim kimi fəaliyyət göstərmək üçün vakansiya elan edir. 


Ali təhsilli, minimum magistr dərəcəsi (PhD arzuolunandır və xaricdə təhsil alanlara üstünlük veriləcək), minimum 28 yaş, minimum 5 illik iş təcrübəsi, kompüter proqramları ilə iş təcrübəsi olan, Azərbaycan və ingilis dillərində səlis yazı və danışıq qabiliyyətlərinə malik namizədlər aşağıdakı fənlərinin tədrisi üçün may ayının 15-nə qədər müvafiq qaydada müraciət edə bilərlər: 

 

- Riyaziyyat və statistika
- Təhsildə  bərabərlik, müxtəliflik və inklüzivlik
- Təhsil psixologiyası
- Məlumat əsaslı qərarvermə

 

Dərslər ingilis dilində tədris olunacaq və saat 19.00-dan başlayır.

 

Müraciət üçün:
e-Mail :[email protected]
Ünvan: Bakı şəhəri, Azərbaycan Dövlət Pedaqoji Universiteti

Xəbər lenti