Logo

DİM tərəfindən onlayn formada fənlər üzrə hazırlıq kursları keçiriləcək

30.04.2021 18:01 300 baxış
IMG

1-2 may 2021-ci il tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən qəbul imtahanlarında istifadə edilən qiymətləndirmə tapşırıqlarının hazırlanması və onların yoxlanılmasına dair hazırlıq kurslarının Azərbaycan dili, fizika və tarix fənləri üzrə ilk məşğələləri, kimya, biologiya və ingilis dili fənləri üzrə isə növbəti məşğələləri keçiriləcək.

 

COVID-19 pandemiyası ilə bağlı ölkədə tətbiq edilən karantin qaydaları nəzərə alınaraq hazırlıq kursları “Zoom” platforması üzərindən onlayn həyata keçiriləcək.

 

Kurslarda Bakı, Gəncə, Şəki, Şirvan, Göyçay, Xaçmaz və Naxçıvandan Dövlət İmtahan Mərkəzinin elektron qeydiyyatından keçmiş müəllimlər, metodistlər, ali təhsil müəssisələrinin pedaqoji profilli fakültələrinin sonuncu kurs tələbələri və magistrlər iştirak edəcəklər.

Xəbər lenti