Logo

BDU-nun Fizika fakültəsində növbəti elmi seminar

30.04.2021 15:09 416 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində “Parabolik potensiallı kvant təbəqəsində enerji səviyyələri” mövzusunda onlayn elmi seminar keçirilib.


Seminarda  Bərk cisimlər fizikası kafedrasının professoru Tariyel İsmayılov məruzə ilə çıxış edib.
 

Məruzədə son onillikdə nanotexnologiyalar sahəsindəki inkişaf nəticəsində daha kiçik ölçülü, sürətli və etibarlı cihaz və qurğuların yaradıldığı, bunun əsasında aşağıölçülü sistemlər fizikasının ən fundamental effekti olan ölçü kvantlanması adlanan effektin durduğu qeyd edilib. Həmçinin, nümunənin kvantlanma istiqamətindəki ölçüsü kiçildikcə diskretliyin kəskin artdığı, topologiyanın belə dəyişməsi yarımkeçirici əsaslı optik detektorların, lazerlərin və müxtəlif tezliklər oblastında  işləyən digər optoelektronika cihazlarının parametrlərinin yaxşılaşdırılmasına imkan yaratdığı da bildirilib. T.İsmayılov bu istiqamətdə apardığı nəzəri tədqiqatların nəticələri barədə məlumat verərək bildirib ki, alınan nəticə kvant məftillərinə və kvant nöqtələrinə də tətbiq oluna bilər.
 

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıların suallarını cavablandırılıb.

Xəbər lenti