Logo

ADNSU-da 30 aprel terror qurbanlarının xatirəsi yad edilib

30.04.2021 14:50 569 baxış
IMG

Aprelin 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 30 aprel terror qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib.

 

Tehsil.biz xəbər verir ki, universitetin əməkdaşları və faciə qurbanlarının yaxınlarının iştirak etdiyi anım mərasimi faciə qurbanlarının xatirəsinə qoyulmuş barelyefin önündə başlayıb. Barelyefin önünə ADNSU kollektivi adından əklil qoyulub, gül dəstələri düzülüb.

 

Tədbirdə çıxış edən ADNSU-nun rektoru, professor Mustafa Babanlı faciə qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verərək, 12 il əvvəl baş vermiş terror hadisəsi nəticəsində  ADNSU-nun çox qiymətli müəllim və tələbələrini itirdiyini deyib. Faciə qurbanlarının xatirəsinin universitetdə daim əziz tutulduğunu qeyd edən rektor M.Babanlı “Vətən müharibəsi”ndə şəhid olmuş 22 nəfər məzunun xatirəsinin də hər zaman dərin ehtiram və fəxrlə  yad ediləcəyini bildirib.

 

Sonra 30 aprel hadisəsindən bəhs edən video çarx mayiş olunub. Sonra terror qurbanlarının ailə üzvləri 30 aprel terror qurbanlarının xatirəsinin ADNSU-da daim yad edilməsinə görə universitet rəhbərliyinə təşəkkürlərini ifadə ediblər.

Xəbər lenti