Logo

BDU-da “Reper laylanmalarının diferensial-həndəsi strukturları” mövzusunda elmi seminar

30.04.2021 14:35 68 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində “Reper laylanmalarının diferensial-həndəsi strukturları” mövzusunda onlayn elmi seminar keçirilib.

 

Seminar iştirakçılarını salamlayan Mexanika-riyaziyyat fakültəsinin dekanı Nizaməddin İsgəndərov müasir diferensial həndəsə elminin diferensial tənliklər nəzəriyyəsində, tərs məsələlərin öyrənilməsində əhəmiyyətli dərəcədə mühüm rola malik olduğunu nəzərə çatdırıb.

 

Daha sonra “Cəbr və həndəsə” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri namizədi Habil Fəttayev məruzə edib. Məruzədə tədqiqat obyekti kimi koreperlərin və tenzor reperlərinin əmələ gətirdiyi laylanmalar haqqında məlumat verilib.

 

Elmi seminar mövzusu ətrafında professorlar - Əli Əhmədov, Nizaməddin İsgəndərov, Ziyatxan Əliyev, Arif Səlimov, Hamlet Quliyev, dosent Rəşid Əliyev və başqalarının sual və çıxışları dinlənilib.

Xəbər lenti