Logo

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının kütləvi şəkildə vaksinasiyasına başlanılıb

30.04.2021 12:28 58 baxış
IMG

Bakı Ali Neft Məktəbinin əməkdaşlarının “COVID-19” infeksiyasına qarşı kütləvi şəkildə vaksinasiya prosesinə başlanılıb.

 

Koronavirus pandemiyasının qarşısının alınması məqsədilə ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində Bakı Ali Neft Məktəbinin əməkdaşlarının “COVID-19” infeksiyasına qarşı peyvənd olunması prosesi davam edir.

 

Mövcud pandemiya şəraitində dövlət tərəfindən planlı vaksinasiyanın aparılması “Azərbaycan  Respublikasında “COVID-19”  xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” ilə tənzimlənir.

 

Bu strategiyaya görə, təhsil sektorunda çalışanlar yüksək risk qrupuna aid olunur. Bunu nəzərə alaraq, indiyədək Ali Məktəbin əməkdaşlarından 100 nəfərdən çoxu peyvənd olunub.

 

Qeyd edək ki, Azərbaycanda koronavirusa qarşı vaksinasiyaya yanvarın 18-dən başlanılıb. Fevralın 8-dən isə vaksinasiyanın ikinci mərhələsinə start verilib.

 

Pandemiyanın  davam  etməsini,  “COVID-19”  xəstəliyinin  insanların  sağlamlığı üçün  təhlükəli  olmasını,  qlobal  səhiyyə sistemi  qarşısında  mühüm  həyati  vacib məsələlərin   həll edilməli  olduğunu nəzərə alaraq  ÜST  tərəfindən  dünyada bu xəstəliyə qarşı mübarizə də güclü təsiredici imkana malik vaksinlərə ehtiyacın olması bəyan edib.

Xəbər lenti