Logo

Türkiyə məktəblərinin bağlanması 2256 şagirdə təsir edəcək

30.04.2021 11:34 122 baxış
IMG

Səudiyyə Ərəbistanı Türkiyənin Təhsil Nazirliyinə bağlı səkkiz məktəbi bağlayacaq.

 

Tehsil.biz xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi məlumat yayıb.

 

Təhsil müəssisələri 2020-2021 tədris ilinin sonunda fəaliyyətlərini dayandıracaq.

 

“Türk məktəblərindəki fəaliyyətlər bu tədris ilinin sonunda dayandırılacaq, şagirdlərə seçdikləri məktəblərdə qeydiyyatdan keçməkdə kömək göstəriləcək, məktəb rəhbərliyi isə qərar barədə valideynləri məlumatlandıracaq”,- deyə nazirliyin təlimatında qeyd olunub.

 

Məlumata görə, Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi Tabuk, Riyad, Taif və Ciddədəki dörd məktəbin bağlanması üçün rəsmi bildiriş göndərib.

 

Ölkədə Türkiyə məktəblərinin bağlanması burada təhsil alan 2256 şagirdə təsir edəcək.

 

Şagirdlərin Səudiyyə Ərəbistanı Təhsil Nazirliyi ilə əlaqəli məktəblərdə təhsillərini davam etdirəcəyi təqdirdə çətinliklərlə qarşılaşacağı gözlənilir, belə ki, onların əksəriyyəti ərəb dilini kifayət səviyyədə bilmirlər.

Xəbər lenti