Logo

Pedaqoji Universitetdə “Hüquq və Zəka” adlı intellektual yarış keçirilib

23.04.2025 16:49 225 baxış
IMG

Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr edilmiş “Hüquq və Zəka” adlı intellektual yarışın final mərhələsi keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə universitetdən məlumat verilib.

ADPU-da “Məntiq” dərnəyinin üzvləri arasında keçirilən yarışda hər biri 6 iştirakçıdan ibarət olmaqla 10 komanda iştirak edib. Riyaziyyat fakültəsinin dekanı Allahverdi Cəfərov, dekan müavini Tünzalə Hüseynova, dosentlər Novruz Nəsirov, Vaqif Cabbarzadə, Sadəddin Haxıyev və baş müəllim Cəmilə Abdullayevanın münsifliyi ilə keçirilən yarışmanın yekununda “Zirvə” komandası qalib olub.

Sonda layihənin təşkilatçılığına görə Bakı şəhəri 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şöbə müdiri Nazimə Ağamalıyeva, dərnək rəhbərləri Xatirə Hacıyeva və Günel Ağamoğlanova, metodist Nərminə İsmayılova universitetin rəhbərliyi tərəfindən təşəkkürnamə ilə təltif ediliblər.

Yarışın keçirilməsində əsas məqsəd şagirdlərin analitik və məntiqi düşünmə bacarıqlarını stimullaşdırmaq, onlarla universitet mühiti arasında körpü yaratmaq olub.

Xəbər lenti