Logo

MDU-da imtahan prosesi ilə bağlı yeniliklər olunacaq

23.04.2025 08:32 233 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) imtahan öncəsi tələbələrlə keçirilmiş görüşlərin nəticəsi olaraq tədris və qiymətləndirmə sisteminin təkmilləşdirilməsi istiqamətində yeni qərarlar qəbul olunub.

TƏHSİL.BİZ  xəbər verir ki, MDU rektorunun əmrinə əsasən, universitetdə təhsilin keyfiyyətinin yüksəldilməsi, imtahan prosesinin şəffaflığının və obyektivliyinin artırılması məqsədilə aşağıdakı yeniliklərin tətbiqinə başlanılıb:

Ənənəvi jurnaldan imtina – 20 gün ərzində bütün fakültələrdə elektron jurnala keçid tam şəkildə təmin olunacaq;

Elektron İmtahan Mərkəzinin yaradılması – yekun imtahanlar mərkəzləşdirilmiş və elektron şəkildə təşkil ediləcək;

Test bankının əvvəlcədən tələbələrə təqdim olunması – bu addım tələbələrin imtahanlara şəffaf və səmərəli hazırlığını dəstəkləyəcək;

Əlavə təlimlər – şifahi, yazılı və test imtahanlarına hazırlıq məqsədilə tələbələrə əlavə 2 dərs (seminar) təlimləri keçiriləcək;

Pilot imtahanlar – mühəndislik ixtisaslarında yeni imtahan formatlarının sınaqdan keçirilməsinə başlanacaq;

“Qaynar xətt”in istifadəyə verilməsi – imtahan prosesi ilə bağlı sualların cavablandırılması və operativ dəstək üçün xüsusi əlaqə xətti fəaliyyət göstərəcək;

Elektron Təcrübə Portalı – tələbələrin istehsalat təcrübəsinin səmərəli təşkili məqsədilə rəqəmsal platforma istifadəyə veriləcək;

Magistr dissertasiyalarında sənaye nümayəndələrinin iştirakı – dissertasiya müdafiələrində sənaye sektorundan mütəxəssislərin iştirakı təmin ediləcək.

Qəbul olunan bu qərarlar MDU-da təhsil mühitinin davamlı inkişafına, tələbə mərkəzli yanaşmanın gücləndirilməsinə və beynəlxalq təcrübəyə uyğun qiymətləndirmə sisteminin qurulmasına xidmət edir.

 

 

 

 


 

Xəbər lenti