Logo

“Dərs vaxtı”nda əylənərək öyrənəcəyik

28.04.2021 19:08 509 baxış
IMG

Aprelin 29-dan “Dərs vaxtı” proqramı çərçivəsində yeni formatda dərslərin yayımına start veriləcək.

 

Məktəbəqədər yaş dövründə olan uşaqların inkişafı məqsədilə hazırlanan “Oynaya öyrənə” teledərsləri vasitəsilə həm oynayacayıq, həm də öyrənəcəyik. Oyunlar vasitəsilə uşaqlara yeni məlumatlar, bacarıq və davranışlar aşılayan dərslərdə sadə və əyləncəli fəaliyyətlərlə tanış olacağıq.

 

Sözügedən dərslər Təhsil Nazirliyinin dəstəyi ilə hər həftə “Mədəniyyət” telekanalında yayımlanacaq.

 

Əziz uşaqlar, “Oynaya öyrənə” dərslərini qaçırmayın!

 

https://www.facebook.com/watch/?v=291637195796809

 

Xəbər lenti