Logo

Neftçala Peşə Məktəbinin tələbələri balıqçılıq müəssisəsində ekskursiyada olub

28.04.2021 17:47 514 baxış
IMG

Neftçala Peşə Məktəbinin “Balıq yetişdirilməsi üzrə mütəxəssis” ixtisası üzrə təhsil alan tələbələri və mühəndis pedaqoji heyəti “Azerbaijan Fish Farm MMC”-nin Nərə balıq yetişdirmə zavoduna ekskursiya məqsədilə səfər ediblər.

      

Ekskursiya zamanı tələbələr balıqçılıq təsərrüfatında müasir avadanlıqlarla tanış olub, gündəlik iş prosesini əyani şəkildə izləyiblər. Eyni zamanda, səfər çərçivəsində tələbələrin balıqçılıq təsərrüfatı, istehsal prosesi barədə məlumatlandırılması üçün mütəxəssislər tərəfindən infotur təşkil edilib. Tələbələr balıqçılıq, balıqların növləri, kürüdən nərə balıqlarının çıxması prosesi, böyüdülməsi və çoxaldılması barədə ətraflı məlumat əldə ediblər. Tələbələr zavodun quruluşu, balıqların yetişdirilməsi ilə tanış olub, onların qidalanma prosesini öyrəniblər. Eləcə də, zavod nümayəndələri tələbələrə yemək rasionunun tərkibi və önəmi haqda məlumat verib.

   

Səfər çərçivəsində əsas diqqət tədris edilmiş fənlər üzrə tələbələrin biliklərinin istehsalat prosesinin yaxından müşahidə etməklə daha da möhkəmləndirilməsinə və karyera planlaşdırılması üçün maarifləndirməyə yönəldilib.

       

Ekskursiya Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Lu-Mun” Holdinqin birgə əməkdaşlığı çərçivəsində təşkil edilib və əməkdaşlıq istiqamətlərinin genişləndirilməsi üzrə tədbirlər həyata keçirilməkdədir.

Xəbər lenti