Logo

Naxçıvan Dövlət Tibb Kollecinin tələbələri arasında atletika üzrə birincilik

28.04.2021 13:53 69 baxış
IMG

Naxçıvan Atletika Federasiyası və Naxçıvan Dövlət Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə yox deyək” devizi altında kollecin oğlan və qız tələbələri arasında atletika idman növləri üzrə birincilik keçirilib. Birinciliyin keçirilməsində məqsəd Naxçıvanda yeniyetmə və gəncləri atletika idman növünə cəlb etmək, bu idmanın kütləviliyinə nail olmaq, Naxçıvan Dövlət Tibb Kollecinin oğlan və qız tələbələrindən ibarət atletika üzrə yığma komandanın tərkibini müəyyənləşdirməkdən ibarət olub.

 

Yarışın şərtlərinə görə hər komandada 5 oğlan, 5 qız, 1 hakim və 1 məşqçi iştirak edib və hər bir idmançı atletika idmanının 1 növü üzrə özünü sınayıb. Beləliklə, birincilikdə oğlan və qız komandaları atletikanın qaçış (100 m, 200 m, 400 m), nizə və yadro itələmə növləri üzrə yarışıblar. Beynəlxalq Atletika qaydalarına uyğun olaraq keçirilən yarışda oğlan və qızlar arasında I yeri tutan idmançılar təşkilatçıların diplomları ilə mükafatlandırılıb.

Xəbər lenti