Logo

BMU tələbələrinə adlı təqaüd verilib

19.02.2025 14:40 231 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən adlı təqaüdə layiq görülüb.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, AHİK-in Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında keçirilən tədbirdə ölkə universitetlərinin təhsildə fərqlənən, həmçinin tələbə həmkarlar ittifaqı hərəkatında fəallıq göstərən 100 tələbəsinə adlı təqaüd təqdim edilib və onlardan 5-i BMU-nun tələbəsidir.

Mükafat alan BMU tələbələri Nihat Süleymanlı energetika mühəndisliyi, Nadir Daşdıyev elektrik və elektronika mühəndisliyi, Kamran Məmmədov kimya mühəndisliyi, Rəşad Əliyev elektrik və elektronika mühəndisliyi, Əli Hüseynov isə mühasibat ixtisaslarında təhsil alırlar.

“Adlı təqaüd” layihəsi ATİAHİRK tərəfindən 1995-ci ildən həyata keçirilir. Dövlətin gənclər siyasətinə dəstək xarakteri daşıyan bu layihə ilə tələbələrin sosial müdafiəsinin gücləndirilməsinə, əmək hüquqlarının qorunmasına, potensialının inkişaf etdirilməsinə, eləcə də elmə, təhsilə həvəslərinin artırılmasına mühüm töhfələr verilir.

Xəbər lenti