Logo

İnzibati rəhbər vəzifələr üzrə test imtahanında iştirak etmək üçün 24 nəfər qeydiyyatdan keçib

10.10.2020 14:09 561 baxış
IMG

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən oktyabrın 23-də inzibati dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid olan AA, AB və AC qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat davam edir.
 

DİM-dən bildirilib ki, imtahanda iştirak etmək istəyən namizədlərin qeydiyyatı oktyabrın 21-i saat 23:50-dək aparılacaq. Bu günə olan məlumata görə, 24 nəfər (AB - 5, AC - 19) qeydiyyatdan keçib.

 

İmtahan kompüter vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında keçiriləcək.

Xəbər lenti