Logo

DİM: "Elan üzrə 11 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb"

26.04.2021 15:57 496 baxış
IMG

Elan üzrə 11 dövlət orqanında mövcud olan 45 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə 224 müsahibənin keçirilməsi planlaşdırılır.

 

Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası , Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub.

 

Müsahibələrin 3 may – 10 iyun 2021-ci il tarixlərində keçirilməsi planlaşdırılır. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərlər.

 

Nəzərə almaq lazımdır ki, müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində öz adınızı seçib, açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

 

Namizədlərdən müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmaları xahiş olunur.

Xəbər lenti