Logo

“Almaniyada təhsil almaq və işləmək imkanları” mövzusunda seminar

26.04.2021 12:00 491 baxış
IMG

28 aprel 2021-ci il tarixində saat 15.00-da Bakı Mühəndislik Universitetində (BMU) “Almaniyada təhsil almaq və işləmək imkanları” mövzusunda növbəti onlayn seminar keçiriləcək.

 

Tədbirdə Almaniyada Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində 3 semestr təhsil almış və təcrübə keçmiş BMU tələbəsinin təcrübəsi, həmçinin təqaüd olmadan Almaniyada təhsil almaq və çalışmaq imkanları barədə ətraflı bəhs olunacaq.

 

https://www.facebook.com/iro.beu.edu.az səhifəsi vasitəsilə yayımlanacaq seminarda BMU-nun Xarici əlaqələr və layihələrin idarə olunması şöbəsinin müdiri Arif Nəcimov, BMU-nun tələbəsi Aytac Ağayeva və “Zentrum für das Studium in Deutschland (ZSD)” MMC-nin rəhbəri Hümbət Əliyev iştirak edəcək.

 

Tədbirdə, həmçinin Erasmus+ KA1 mübadilə proqramı çərçivəsində qəbul olmaq şərtlərinə uyğunluq, qəbul olandan sonra xarici ölkədə təhsil almağa getmək üçün tələb olunan sənədləşdirmə, təhsil alan zaman xarici ölkədə nələrə fikir vermək lazım olduğu (dərslərin qeydiyyatı, imtahanların təşkili və iştirak), təcrübə keçmək imkanları, təqaüdün uzadılması yolları, sosial həyat və COVİD-19 pandemiyası zamanı ortaya çıxmış çətinliklər, mübadilədən qayıdandan sonra görüləcək işlər və s. barədə məlumatlar veriləcək.

Xəbər lenti