Logo

22 aprel Beynəlxalq Yer Günüdür

22.04.2021 11:43 440 baxış
IMG

Beynəlxalq Yer Günü 1970-ci il 22 aprel tarixindən etibarən qeyd olunmağa başlanılmışdır. 1882-ci ildə ABŞ-ın Nebraska ştatında Corc Mortonun şərəfinə onun doğulduğu 22 aprel günü rəsmi olaraq ştatda bayram günü elan edilmişdir. 1970-ci ildə “Ağac Günü”nün adı dəyişdirilərək “Yer günü” adlandırılmışdır.

 

Həmin vaxtdan bu bayram beynəlxalq miqyas almışdır. Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hər il 22 aprel - Beynəlxalq Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirilir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında təbliğat işləri aparılır.

 

Bu il də Beynəlxalq Yer Günü ilə əlaqədar paytaxtda və regionlarda ictimaiyyətlə birgə iməciliklər keçirilərək yaşıllıqlara qulluq edilir, təmizlik işləri aparılır, təhsil müəssisələrində ekoloji təbliğat xarakterli görüşlər, seminar məşğələlər təşkil edilir.

Xəbər lenti