Logo

ADNSU-nun professor-müəllim heyəti Qarabağda elmi-tədqiqat işləri aparıb

11.11.2024 17:04 316 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) professor-müəllim heyəti Qarabağda ezamiyyətdə olub.

ADNSU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, ezamiyyətin məqsədi Azərbaycan Elm Fondunun “Qarabağ Azərbaycandır!” 2-ci qrant müsabiqəsi çərçivəsində (AEF-MQM-QA-2-2023-3(45)) “İqlim dəyişikliyinin Qarabağın su resurslarına təsirinin innovativ metodlarla qiymətləndirilməsi” layihəsinin icrası, növbəti çöl-tədqiqat işlərinin aparılması və əldə edilmiş məlumatların süni intellektə tətbiqindən ibarətdir.

Qarabağ iqtisadi rayonunun Füzuli, Zəngilan və Cəbrayıl rayonlarında elmi-tədqiqat işləri aparılıb, layihənin icraçılarından ibarət şəxsi heyət ANAMA əməkdaşlarının müşayiəti ilə çay, bulaq və kəhrizlərin müasir vəziyyətinin müəyyən edilməsi yönündə müxtəlif hidroloji, hidrogeoloji və meteoroloji tədqiqatlar həyata keçiriblər.

Bununla yanaşı, Xankəndi şəhərində Azərbaycan Elm Fondunun maliyyə dəstəyi ilə yenidənqurma işlərinin aparılması məqsədilə hidrometeoroloji stansiyaya baxış keçirilib. Qarabağ Regional Hidrometeorologiya Mərkəzinin direktoru Vilayət Həsənovla stansiyanın fəaliyyətinin ən qısa zamanda yenidən bərpası məsələsi müzakirə edilib. Həmçinin ADSEA-nın Xankəndi Sukanal Sahəsinin rəisi Anar Cabbarov ilə fikir mübadiləsi aparılıb.

Xəbər lenti