Logo

Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib

07.11.2024 22:50 277 baxış
IMG

Noyabrın 7-də AMEA-nın Qafqazşünaslıq İnstitutunda Zəfər Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

İnstitutdan TƏHSİL.BİZ -ə bildirilib ki, tədbirdə Qafqazşünaslıq İnstitutunun direktoru vəzifəsini icra edən siyasi elmlər doktoru, dosent Ramilə Dadaşova Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı Zəfərin tarixi və siyasi əhəmiyyətini vurğulayıb. O, parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyinin tam bərpa edildiyini bildirib.

Dəyirmi masada institutun elmi katibi dosent Südabə Hüseynova, şöbə müdirlərindən professor Qasım Hacıyev, dosent Vahid Ömərov, dosent Elnur Kəlbizadə, siyasi elmlər üzrə fəlsəfə doktoru Samirə Həbibbəyli, institutun Həmkarlar Təşkilatının sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Yeganə Baxşıyeva və başqaları çıxış ediblər. Onlar xalqın birliyi nəticəsində əldə olunan bu tarixi Qələbənin həm siyasi, həm də hərbi sahədə böyük əhəmiyyətindən söz açıblar.

Xəbər lenti