Logo

Tarix və Etnologiya İnstitutunda tədbir: 44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz

07.11.2024 14:39 269 baxış
IMG

AMEA-nın A.A Bakıxanov adına Tarix və Etnologiya İnstitutunda “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı tədbir keçirilib.

Bu barədə TƏHSİL.BİZ -ə institutdan məlumat verilib.

Tarix və Etnologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov Zəfər Gününün Azərbaycanın hərb tarixinin zirvəsi olduğunu söyləyib. Professor bu Qələbənin böyük əhəmiyyətinin daim yüksək qiymətləndiriləcəyini, tariximizdə əbədi qalacağını vurğulayıb.

Daha sonra Azərbaycan Respublikasının tarixi şöbəsinin müdiri professor Mais Əmrahov “44 günlük zəfər tariximiz və 23 saatlıq tam qələbəmiz” adlı məruzə çıxış edib.

Tədbirdə 1994-cü ildə Murov döyüşlərində itkin düşmüş şəhid Bafadar Mirzəyevin anası Səkinə Mirzəyeva, habelə Vətən müharibəsi iştirakçıları və qaziləri, zabitlər və əsgərlər Zəfər Gününün tarixi əhəmiyyətindən, hərbçilərimizin göstərdikləri qəhrəmanlıqlardan danışıblar.

Tədbirdə Bakı Biznes Universitetinin tələbələrinin ifasında şeirlər və mahnılar səsləndirilib.

Xəbər lenti