Logo

Xəzər Universiteti "Tibb Təhsili və Tədqiqatlarının Beynəlmiləlləşdirilməsi" Beynəlxalq Forumunda

07.11.2024 11:05 177 baxış
IMG

2024-cü il oktyabrın 20-22-də "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən universitetlərin, o cümlədən Xəzər Universiteti, Əl-Fərabi adına Qazax Milli Universiteti, Asfendiyarov adına Milli Tibb Universiteti, Nazarbayev Universiteti, Marat Ospanov adına Qərbi Qazaxıstan Tibb Universiteti və Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndələri Çinin Şençjen şəhərində Şençjen Tibb Məktəbi tərəfindən təşkil edilmiş forumda iştirak ediblər.

Forum üç əsas mövzuya diqqət yetirmişdir: Tibb elmi və texnologiya-innovasiya planı, beynəlxalq tibb təhsili əməkdaşlığı və etnik təbabətin innovasiyası. Məqsəd Şençjen Universiteti Tibb Məktəbi ilə "Bir Kəmər, Bir Yol" təşəbbüsünü dəstəkləyən universitetlər arasında birgə laboratoriyalar da daxil olmaqla texnoloji mübadilə platformalarının yaradılması idi.

Görüş zamanı nümayəndələr Çin Elmlər Akademiyasının akademiki, Şençjen Universitetinin rektoru Prof. Mao Junfa tərəfindən səmimi qarşılanıb.

Nümayəndələr, həmçinin, Pekin Genomika İnstitutunun (PGİ) baş qərargahı, Beynəlxalq Mübadilə Kolleci və Böyük Məlumatlar Sistemi Hesablama Texnologiyası üzrə Milli Mühəndislik Laboratoriyası kimi bir sıra mühüm məkanlara səfər ediblər.

Xəzər Universitetini forumda rektor, Dos. İradə Xəlilova təmsil edib. O, "Təhsil, qlobal səhiyyə və dayanıqlı inkişafı əlaqələndirmək üçün beynəlxalq elmi əməkdaşlıqların yaradılması" mövzusunda çıxış edib. O, həmçinin, Xəzər Universiteti haqqında təqdimatla çıxış edərək qurumlar arasında tədqiqat əməkdaşlığının yaradılmasını təşviq edib. Forum çərçivəsində İradə Xəlilova Xəzər Universiteti ilə Şençjen Universiteti arasında imzalanmış tərəfdaşlıq çərçivəsində təqaüd almış Xəzər Universiteti məzunları ilə görüşüb. Onların nailiyyətləri və çətinlikləri barədə müzakirələr aparıb və məsləhətlər verib.

Xəzər Universiteti bu mühüm tədbirin təşkilinə görə Şençjen Universitetinə öz minnətdarlığını bildirir və gələcək səmərəli tədqiqat əməkdaşlığına ümid edir.

Şençjen Universitetinin dərc etdiyi xəbərə keçid:

https://en.szu.edu.cn/info/1013/1695.htm

Xəbər lenti