Logo

Litva portalında Bakıda keçiriləcək COP29-la bağlı məqalə dərc edilib

06.11.2024 22:05 232 baxış
IMG

Litvanın Alfa.lt internet portalında “Azərbaycanda COP29 konfransı: ətraf mühitin mühafizəsi sahəsində mühüm addım” başlıqlı məqalə dərc edilib.

Tehsil.biz xəbər verir ki, məqalədə Azərbaycanın qlobal iqlim dəyişikliyi məsələlərinə verdiyi əhəmiyyət, ölkəmizin qısa müddət ərzində COP29-a hazırlığı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında, Naxçıvan Muxtar Respublikasında həyata keçirilən “Ağıllı şəhər” layihələri, tullantıların azaldılması və bərpaolunan enerji mənbələrinin payının artırılması kimi məsələlər əks olunub.

Eyni zamanda, 2020-ci ildə 44 günlük müharibəyə səbəb olan amillər, müharibədən sonra Ermənistanın Qarabağda törətdiyi təxribatlar və 2023-cü il 19-20 sentyabrda həyata keçirilən antiterror əməliyyatları, Azərbaycan hökumətinin çoxmillətli və çoxkonfessiyalı ölkə kimi Qarabağ ermənilərinin inteqrasiyası və onların hüquqlarının qanunvericiliyə uyğun təmin ediləcəyini bəyan etməsi, tam suverenliyini bərpa etdikdən sonra ölkəmizin üzləşdiyi ikili standartlar və əsassız ittihamlar, Ermənistanın yenidən silahlanmağa cəhd göstərməklə sülhə üstünlük verməməsi, Aİ-nin Ermənistanla bağlı təşəbbüslərinin sülh danışıqlarına və sərhədlərin delimitasiyası prosesinə əngəl törətməsi, Ermənistandakı sülhməramlı missiyanın ikitərəfli danışıqlara və ya sərhəd məsələlərinə müdaxiləsinin yolverilməzliyi qeyd olunub.

COP29 yaxınlaşdıqca, Azərbaycanın özünü təkcə ekoloji sahədə lider kimi deyil, həm də suverenliyini təmin etməyə və regional sabitliyə töhfə verməyə sadiq dövlət kimi təsdiqlədiyi, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının təhlükəsiz gələcəyini təmin etmək üçün dinc yanaşı yaşamanın təşviqinə və azad edilmiş ərazilərin bərpasına diqqət yetirdiyi qeyd olunub.

Məqalədə Aİ-nin qitənin enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna əhəmiyyətini nəzərə alaraq, bu cür səyləri dəstəkləməli olduğu vurğulanıb.

Məqalə ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:

https://www.alfa.lt/mob/aktualijos/pasaulis/cop29-konferencija-azerbaidzane-svarbus-zingsnis-aplinkosaugos-srityje/342112/

Xəbər lenti