Logo

Təhsil- insanların cəmiyytdə məlum hədəflərə doğru yetişdirilməsi prosesidir.

06.11.2024 16:46 244 baxış
IMG

Təhsil- insanların cəmiyytdə məlum hədəflərə doğru yetişdirilməsi prosesidir. Bu müddət ərzində insan şəxsiyyəti və davranışları yeni biliklər işığında inkişaf edir və formalaşır. Təhsil konstutsion hüquq olmaqla yanaşı ölkədə iqtisadi artımın, elmin, təhsilin və mədəniyyətin inkişafının, sülhün, sabitliyin əsas elementlərindən biridir və bu inkişaf cəmiyyətləri uğura aparan əsas hərəkətverici qüvvədir. Cəmiyyətdə qadınlar ən az kişilər qədər savadlı olmalıdır. Qadınlarına təhsil verməyən ölkələr hər zaman inkişafdan geri qalır.. Qadınların təhsilsizliyi cəmiyyətləri fəlakətə sürükləyir! Xaqların güclənməsi və inkişafı qadınların təhsil səviyyəsi ilə bərabər inkişaf edir.
Təhsilli qadın isə, güclü cəmiyyət və xoşbəxt gələcək deməkdir.
Azərbaycan qadını tariximizin bütün dövrlərində zəkası, müdrikliyi, sədaqəti, milli dəyərlərə sdiqliyi ilə fərqlənib. Onların bir çoxunun adları və xidmətləri qədim tariximizin səhifələrini zənginləşdirib.
Bu gün Azərbaycanda əhalinin, həmçinin qadınların savadlılıq səviyyəsi yüksəkdir. Statiskaya əsaslansaq, qadınlar ölkəmizdə ali təhsil ocaqlarında magistrlərin 54, fəlsəfə doktorlarının 51, elmlər doktoru dərəcəsinə malik olanların 46 və elmi tədqiqatçıların 56 faizini təşkil edir. Daha diqqətçəkən faktlardan biri də Azərbaycan Milli Elmlər Akademiyasının ümumi kollektivinin 59 faizinin qadınlardan ibarət olmasıdır.
Zəmanəmizdə texnologiyaların inkişafı, qeyri-formal təhsil, əlavə təhsil vəs. təhsil formaları cəmiyyətin bütün üzvləri kimi qadınlara da geniş öyrənmə, bu bilgilərdən istifadə və tətbiq imkanları yaradır. Bu kimi vasitələr qadınlaraın əmək bazarında iştirakına və daha yksək gəlir əldə etməsinə yardımçı olur, həmçinin qadınların iqtisadi azadlığını, ictimai siyasi həyatda iştirakını, vətəndaş mövqeyini sərbəst sərgiləməyi və şəxsi inkişafını təmin edir.
Lakin qloballaşan və sürətlə dəyişən dünyamızda qızların təhsili və onların elm sahəsində iştirakı yeni çağırışlara uyğun olmalıdır. Çünki, qlobal çağırışlara cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə çevrilib. Həmçinin, qadınlar və qızların əmək bazarında lazımi bacarıqlara yiyələnmələri üçün innovativ maliyyə mexanizmləri yaradılmalı, onların mütəmadi müxtəlif təhsil formalarına çıxışı təmin edilməlidir. Qadınların və qızların təhsil hüququnu əngəlləyən mədəni və ənənəvi təcrübələri aradan qaldırmaq məəqsədilə təhsilin bütün pillərində insan hüquqları və gender bərabərliyi mövzuları geniş tədris olunmalıdır. Gələcək nəsillərin təhsilli yetişməsini istəyiriksə, xüsusən qızların təhsilinə önəm verilməli, ailələrdə boşanma hallarının artmaması üçün müvafiq addımlar atılmalı, çoxuşaqlı ailə yerinə əhali artımını azaltmayacaq səviyyədə az uşaqlı təhsilli uşaqların yetişdiriləbiləcəyi ailə modeli siyasəti həyata keçirilməli, aztəminatlı və rayonlarda yaşayan ailələrdə doğulan uşaqların təhsilə əlçatanlığını təmin etmək məqsədi ilə həmin ailələrə dəstək məqsədi ilə xüsusi dövlət proqramları hazırlanmalıdır. Yalnız bu şəkildə, siyasi dəstəklə təhsilli və inkişaf etmiş cəmiyyətə sahib ola bilərik.
Təəssüflər olsun ki, hələ də təhsilin dəyərini və mahiyyətini dərk etməyən bəzi valideynlər, cəmiyyətin digər üzvləri qızlarımızın təhsil hüququnu əngəlləməyə, onların inkişafına, şəxsiyyət və əsl vətəndaş kimi formalaşmağına mane olurlar. Bu cəmiyyət, milli təhsilimiz hamımızındır. Onu qorumaq, inkişafına nail olmaq öncə hər birimizin vicdan, daha sonra vətəndaş borcudur!

Sona Əliyeva

Xəbər lenti