Logo

Direktor müavinlərinin işə qəbulu üzrə qeydiyyatın son günü

21.04.2021 17:28 365 baxış
IMG

Aprelin 21-də peşə təhsili müəssisələrinə direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başa çatır. Elektron müraciət mərhələsi bu gün saat 18:00-da yekunlaşacaq. Müraciətlərin qeydiyyatı https://portal.edu.az/ portalı vasitəsi ilə həyata keçirilir. 

 

Müsabiqəyə çıxarılan 31 vakant yer üzrə bugünədək 381 nəfər müraciət edib. Müraciət edənlərdən 193 nəfəri kişi, 188 nəfəri isə qadındır. Onlardan 358 nəfəri ali təhsilli, 23 nəfəri isə orta ixtisas təhsillidir.

 

Qeyd edək ki, tədris-istehsalat işləri, təlim-tərbiyə işləri və inzibati-təsərrüfat işləri üzrə direktor müavini vəzifələri üzrə elan edilən işə qəbul müsabiqəsi 3 mərhələli şəkildə aparılır. Növbəti mərhələdə tələblərə cavab verən müraciətçilər test mərhələsinə dəvət olunacaqlar. Test mərhələsində namizədlər 90 dəqiqə ərzində 60 sual cavablandırmalıdırlar. Sözügedən mərhələni də uğurla başa vuran namizədlər müsahibəyə dəvət olunacaq. Namizəd tərəfindən təqdim edilən məlumatların müsabiqənin şərtlərinə uyğunluğu müsabiqə komissiyası tərəfindən yoxlanılıb təsdiq edildikdən sonra test imtahanı və müsahibədə göstərdiyi nəticələrə əsasən işə qəbulu həyata keçiriləcək.

Xəbər lenti