Logo

DİM: Müraciət edən şəxslər sertifikatı almaq üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər

21.04.2021 17:08 83 baxış
IMG

19 fevral 2021-ci il tarixində dövlət qulluğuna qəbul üzrə keçirilən test imtahanından (B növü) müvəffəqiyyətlə keçən namizədlərin sertifikatlarının verilməsinə başlanılıb.

 

19 fevral 2021-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunun B (inzibati icraçı) növünə aid vəzifələrin tutulması məqsədilə keçirilən test imtahanında uğur qazanmış və sertifikat almaq hüququ əldə etmiş namizədlər sertifikatlarını şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə Mərkəzin Bakı şəhəri, Koroğlu Rəhimov küçəsi, 108 ünvanında yerləşən inzibati binasından və ya DİM-in Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Göyçay, Şəmkir, Şirvan, Bərdə və Xaçmaz Regional Bölmələrindən əldə edə bilərlər.

Xəbər lenti