Logo

Coğrafiyaçı alimlərin şagirdlərlə görüşü olub

05.11.2024 17:35 85 baxış
IMG

"Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda növbəti dəfə coğrafiyaçı alimlərin orta məktəb şagirdləri ilə görüşü keçirilib.

İnstitutdan Tehsil.biz-ə bildirilib ki, Kaspi liseyinin 7-ci sinif şagirdləri kiçik elmi işçi Nazim Gəraylının müşayiəti ilə AMEA-nın yerləşən sərgidə, institutun kitabxanasında, Geoinformatika və kartoqrafiya şöbəsində olublar. Məktəblilərə institutda görülən işlər, CİS texnologiyaları, rəqəmsal xəritə və atlasların müasir vasitələrlə hazırlanması və çap prosesi haqqında məlumat verilib.

İnstitutun akt zalında davam edən tədbirdə baş direktor professor Zakir Eminov şagirdlərə coğrafiya elminin əhəmiyyəti, tədqiqat istiqamətləri, bu sahənin inkişafında böyük rol oynamış görkəmli alimlər, institutun əldə etdiyi nailiyyətlər və eləcə də Azərbaycanda keçiriləcək mötəbər COP29 haqqında söhbət açıb. COP haqqında məlumat verən institut rəhbəri ilk dəfə ölkəmizdə keçiriləcək bu tədbirin və onun nəticələrinin Azərbaycan və dünya üçün əhəmiyyətindən danışıb.

Sonra Nazim Gəraylı “Coğrafi İnformasiya Sistemlərinin həyatımızda rolu” mövzusunda təqdimatla çıxış edib. Elmi katib Səidə Zeynalova və Təhsil şöbəsinin müdiri Müseyib Yunusov da şagirdlərə yaşıl enerji və təbiəti mühafizə haqqında məlumat veriblər, onları maraqlandıran sualları cavablandırıblar.

Xəbər lenti