Logo

AzMİU tələbələrinin buraxılış işləri beynəlxalq müsabiqədə qalib olub

05.11.2024 14:57 96 baxış
IMG

Rusiyanın Yekaterinburq şəhərində buraxılış işlərinin XXXIII beynəlxalq baxış-müsabiqəsi (MOOSAO) keçirilib. Beynəlxalq müsabiqədə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq və Dizayn fakültələrində təhsil alan tələbələrinin seçmə buraxılış işləri də yer alıb. Bu il keçirilən baxış-müsabiqədə 50 təhsil müəssisəsindən ümumilikdə 800-ə yaxın iş nümayiş olunub.

Bu barədə TƏHSİL.BİZ -ə AzMİU-dan bildirilib. Müsabiqədə AzMİU-nu Dizayn fakültəsinin dekanı Fərid Kərimov, Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının baş müəllimi İlqar Əliyev təmsil ediblər. AzMİU tərəfindən seçilmiş ən yaxşı buraxılış işləri beynəlxalq münsiflər heyətinə təqdim olunub.

Yarışmanın nəticələrinə əsasən, memarlıq ixtisası üzrə 12 iş I dərəcəli, 10 iş II dərəcəli və 2 iş III dərəcəli diplomlara layiq görülüb. Dizayn ixtisası üzrə isə 4 iş I dərəcəli və 3 iş II dərəcəli diplomlarla təltif olunub.

Bundan əlavə, 9 iş fərqlənmə diplomları ilə mükafatlandırılıb ki, bu da AzMİU tələbələrinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bir daha sübut edir.

Xəbər lenti