Logo

“Su ehtiyatlarında gələcəyə baxış və Türk dövlətlərində davamlılıq üçün əməkdaşlıq” - hesabat

05.11.2024 10:51 104 baxış
IMG

Beynəlxalq Türk Akademiyası su ehtiyatlarının mövcud vəziyyətini təhlil edərək onlardan səmərəli istifadə üçün strateji həllər təklif edən “Su ehtiyatlarında gələcəyə baxış və Türk dövlətlərində davamlılıq üçün əməkdaşlıq” adlı regional icmal hesabatını dərc edib.

Akademiyadan TƏHSİL.BİZ -ə bildirilib ki, nəşrdə su problemləri, su qıtlığı və iqlim dəyişikliyinin təsirləri ilə bağlı Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında birgə fəaliyyətin vacibliyi qeyd olunub. Kənd təsərrüfatı, sənaye və ekologiya üçün su ehtiyatlarını balanslaşdıran resurs idarəçiliyi yanaşması təklif edilib.

Bundan başqa, hesabatda dəqiq məlumatların toplanması və ortaq rəqəmsal monitorinq sisteminin yaradılmasının zəruriliyi vurğulanıb. Həmçinin yeni nəşr milli proqramların əlaqələndirilməsi, qabaqcıl təcrübələrin mübadiləsi və regional əməkdaşlığın gücləndirilməsi üçün tövsiyələri ehtiva edir.

Hesabat ekoloji cəhətdən davamlı gələcək yaratmaq məqsədi daşıyan “Türk dünyasına baxiş – 2040” proqramının məqsədlərinə uyğundur.

Xəbər lenti