Logo

Agentlikdə ETN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

05.11.2024 09:06 116 baxış
IMG

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib.

TƏHSİL.BİZ  xəbər verir ki, agentliyin direktoru Eşqi Bağırov ölkədə uşaqların məktəbəqədər təhsilə cəlb olunma səviyyəsinin aşağı, əsas hədəflərindən birinin bu göstəricini yüksəltmək olduğunu söyləyib. O, buna nail olmaq üçün dövlət tərəfindən bir sıra layihələrin həyata keçirildiyini, özəl bağçalara qrantların ayrılması məqsədilə bu yaxınlarda elan edilən müsabiqənin onlardan biri olduğunu nəzərə çatdırıb.

E.Bağırov əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrində peşəkar inkişaf vacib olduğundan burada heyətin ixtisaslı kadrlardan ibarət olması zəruridir.

Diaqnostik qiymətləndirməni davamlı olaraq həyata keçirmək niyyətində olduqlarını açıqlayan E.Bağırov məktəbdənkənar fəaliyyət sahəsinin diqqətdən bir qədər diqqətdən kənarda qaldığını söyləyib. Bu sahəyə ictimai marağın artırılmasının əhəmiyyətindən danışan MÜTDA direktoru qeyd edib ki, indiyədək bu müəssisələrə mərkəzləşdirilmiş işə qəbul imtahanı keçirilməyib: "Bu məktəblərə şagird qəbulunun fərdi qaydada deyil, mərkəzləşdirilmiş elektron qaydada aparılmasını uyğun hesab edirik. Düşünürük ki, bu ilin sonuna kimi ilk qəbulu elan edəcəyik".

E.Bağırov bu ilin sonuna kimi məktəbdənkənar müəssisələrdə çalışan məşqçi müəllimlərin də peşə biliklərinin qiymətləndirilməsinin başlanılacağını açıqlayıb. O, ilkin olaraq, bu prosesə şahmat üzrə məşqçilərdən başlanılacağının planlaşdırıldığını deyib.

Görüşdə İctimai Şuranın üzvlərinin məktəbəqədər və ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təklifləri dinlənilib.

Xəbər lenti