Logo

Tarix Muzeyində üzərində təbiət motivləri əks olunmuş su qabı nümayiş edilir

04.11.2024 13:54 84 baxış
IMG

Milli Azərbaycan Tarixi Muzeyində “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar üzərində təbiət motivləri əks olunmuş farfor su qabı təqdim edilib.

Muzeydən TƏHSİL.BİZ-ə bildirilib ki, farfor su qabı Nardaran qalasından tapılıb və hazırda muzeyin yeni ekspozisiyasında nümayiş olunur.

Tarix Muzeyinin arxeoloji kolleksiyasında orta əsrlərə aid çox sayda tapıntı mövcuddur. Təqdim olunan qədim qab dövrün incəsənət və sənətkarlığında estetik zövqü göstərir, eyni zamanda, üzərindəki incə detallarla zənginləşdirilmiş quş, çiçək və təbiət motivləri xalqın təbiətə olan bağlılığını əks etdirir. XIV-XVI əsrlərə aid farfor su qabı ağ gildən hazırlanıb, gövdəsi altıbucaqlıdır. Qabın bütün səthi ağ fon üzərində verilmiş mavi rəngli təsvirlərlə bəzədilib. Qabın boğazı ağ dairə içərisində mavi romblardan ibarət zolaqla əhatələnib. Üz tərəfində mərkəzdə isə daşın üstündə oturmuş vəziyyətdə quş təsvir olunub.

Xəbər lenti