Logo

BDU komandası Çində keçirilən startap yarışmasının qalibidir

03.11.2024 11:44 147 baxış
IMG

Çinin Xian şəhərində “Belt and Road” beynəlxalq universitetlərarası startap yarışmasında Azərbaycanı təmsil edən Bakı Dövlət Universitetinin (BDU) “DAIGNOSIS” komandası müsabiqənin beş qalibindən biri olub.

Universitetdən Tehsil.biz-ə bildirilib ki, tibdə süni intellektin tətbiqinə dair layihə ilə çıxış edən BDU komandası həkim və xəstələri onlayn platformada bir araya gətirən mobil tətbiq təqdim edib. Mobil tətbiq daxilində ilkin simptomlara əsasən süni intellekt tərəfindən xəstələrə diaqnozun qoyulması, xəstəliyə uyğun ixtisaslaşmış həkimlərin seçilməsi, onlayn konsultasiyanın təşkili nəzərdə tutulub.

Yarışma Çinin Xian Jiaotong Universiteti və İpək Yolu Universitet İttifaqı tərəfindən təşkil olunub. Tədbirdə Yaponiya, Britaniya, Türkiyə, Rusiya, Yeni Zelandiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 14 komanda və Çindən 22 komanda “Yaşıl texnologiyalar”, “Elmi innovasiya”, “Rəqəmsal texnologiyalar” və “Səhiyyə texnologiyaları” kateqoriyaları üzrə yarışıb.

Xəbər lenti