Logo

Xarici ölkələrdə ali təhsil alanlar Azərbaycanda magistraturaya sənəd vermək üçün nə etməlidir?

02.11.2024 23:50 99 baxış
IMG

Xarici  ölkələrin  ali  təhsil  müəssisələrində  bakalavr  pilləsini  bitirən  şəxslər  Azərbaycannın  ali  təhsil  müəssisələrinə magistratura  pilləsi  üzrə  sənəd  verə  bilər.

Bəs  bunun  üçün  nə  etmək  lazımdır? Hansı  sənədlər  tələb  olunur?

DİM-dən  verilən  məlumata görə, bunun  üçünbəzi  sənədlərin  təsdiq  edilməsi  tələb  olunur:

“Qəbul qaydalarına əsasən, xarici ölkələrdə ali təhsil almış şəxslər Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilən, ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri və həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini almalıdırlar. Həmin  şəxslər Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatın magistraturalarına qəbul üzrə müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən yaradılmış Sənəd Qəbulu Komissiyalarına  həmin sənədləri şəxsən təqdim  etməlidirlər”.

Qeyd  edək  ki, xarici ölkələrdə ali təhsil almış, sənəd qəbulu müddətində qeyd olunan sənədləri təqdim etməyən şəxslər müsabiqədə iştirak edə bilməzlər.  

Xəbər lenti