Logo

ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!

23.10.2024 09:43 313 baxış
IMG

ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Təhsilin iqtisadiyyatı və idarə olunması şöbəsi elmi işçi vəzifəsi üzrə vakansiya elan edir!

Vəzifə öhdəlikləri:

  • Tədqiqat dizaynının hazırlanması və tədqiqat planının işlənməsi;
  • Müxtəlif tədqiqat metod və alətlərindən istifadə edərək məlumatların toplanması, təhlil və analiz edilməsi;
  • Elmi məqalələrin hazırlanması və beynəlxalq indeksli jurnallarda nəşr etdirilməsi;
  • Müxtəlif yerli və beynəlxalq elmi konfranslarda, forumlarda və s.-də iştirak;
  • Şöbənin eyni zamanda icra etdiyi bir neçə tədqiqat layihəsində iştirak.

Tələblər:

  • Ali təhsil (magistr təhsili);
  • 3 ildən az olmayaraq iş təcrübəsi;
  • Azərbaycan dilində düzgün yazı və səlis danışıq bacarığı (rus və ingilis dili biliyi arzuolunandır);
  • Elmi tədqiqat sahəsində mövcud qanunvericilik, qayda və təlimatlar haqqında biliklər;
  • “Microsoft Office” proqramında sərbəst işləmək bacarığı;
  • “Google” alətlərindən istifadə bacarığı;
  • Analitik düşüncə və problem həlletmə bacarığı;
  • Statistik hesabatların hazırlanması bacarığı;
  • Komanda ilə işləmək bacarığı;
  • Şəxsi keyfiyyətləri (ünsiyyətcil, innovativ, intizamlı, stressə qarşı davamlı və s.).

İş şəraiti:

  • İş günləri: I-V günlər;
  • İş saatı: 09:00-18:00.

Müsabiqədə iştirak etmək arzusunda olan və sadalanan tələblərə uyğun gələn şəxslərdən 15 noyabr tarixinədək CV-lərini [email protected] elektron poçt ünvanına “Elmi işçi” başlığı altında göndərmələri xahiş olunur.

Yuxarıda qeyd edilən tələblərə cavab verən şəxslər müsahibəyə dəvət olunacaqlar.

Xəbər lenti