Logo

Bağça müəllimlərinin diaqnostik qiymətləndirilməsinə dair maarifləndirici görüşlər keçirilib

16.10.2024 12:09 446 baxış
IMG

Məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə keçiriləcək diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən ATehsil.biz-ə bildirilib ki, görüşlərdə paytaxtın Səbail, Yasamal, Nəsimi, Nərimanov, Binəqədi, Nizami və Qaradağ rayonları üzrə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçi-müəllim və metodistləri iştirak ediblər.

Təhsil İdarəsinin müdir müavini Anar Məmmədov və idarənin müvafiq struktur bölmə rəhbərləri diaqnostik qiymətləndirmənin mərhələləri, məzmunu haqqında məlumat verib, iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, oktyabrın 19-20-də ilk dəfə olaraq keçiriləcək məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsinin test mərhələsi paytaxt üzrə 8 imtahan mərkəzində təşkil olunacaq. Prosesə 5578 tərbiyəçi-müəllim və metodistin cəlb olunması nəzərdə tutulur.

Xəbər lenti