Logo

İcma əsaslı məktəbəqədər təhsil qrupları barədə statistik göstəricilər

20.04.2021 17:03 135 baxış
IMG

"Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin 50 şəhər və rayonunda 466 mərkəzdə 9373 uşağı əhatə edən 500 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərir".

 

Tehsil.biz xəbər verir ki, bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib.

 

Nazir qeyd edib ki, bu icma əsaslı qruplarda ümumilikdə 486 nəfər müəllim çalışır. 

 

"Layihə çərçivəsində valideynləri övladlarının 5 yaşına qədərki dövrünə dair müxtəlif mövzularda maarifləndirmək üçün ilk5il platforması yaradılmışdır".

 

E.Əmrullayev "layihə Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNİCEF-in dəstəyi ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilir" -deyə qeyd edib.

Xəbər lenti