Logo

Filarmoniyada Qara Qarayev adına Dövlət Kamera Orkestrinin növbəti konserti

14.10.2024 11:12 429 baxış
IMG

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri oktyabrın 12-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində növbəti konsert proqramı ilə çıxış edib.

Tehsil.biz xəbər verir ki, bədii rəhbər və baş dirijor, Xalq artisti Fəxrəddin Kərimovun idarə etdiyi konsertdə  klassik və müasir əsərlər səsləndirilib.

Proqrama avstriyalı bəstəkar və orqan ifaçısı Anton Brukner, Azərbaycan bəstəkarı Xədicə Zeynalovanın tanınmış əsərləri, eləcə də Azərbaycan səhnəsində ilk dəfə səslənən İsveç xalq melodiyaları, Norveç xalq mahnısı mövzusunda variasiyalar, Norveç bəstəkarı və dirijoru Yuhan Svensen və macar bəstəkarı Dyula Belijayın əsərləri daxil edilib. Konsertin parlaq məqamlarından biri də Azərbaycanın Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıxın çıxışı olub.

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri 1964-cü ildə görkəmli Azərbaycan bəstəkarları Fikrət Əmirov və Qara Qarayevin təşəbbüsü ilə yaradılıb.

Dövlət layihələri çərçivəsində orkestr Səlim Akçıl (Türkiyə), Hakan Şensoy (Türkiyə), Simon Kamartin (İsveçrə), Fabyen Teerikson (Fransa), Vladimir Runçak (Ukrayna), Rikkardo Averbax (ABŞ), Vladislav Bulaxov (Rusiya), Roland Frayzitzer (Avstriya), Aleksandr İvaşkin (Böyük Britaniya) kimi bir çox xarici dirijorla çıxış edib.

2007-ci ildə orkestr Azərbaycan klassik musiqisinin dünyada təbliğinə görə “Humay” mükafatına layiq görülüb.

Xəbər lenti