Logo

Dünyanın ən istedadlı uşaqları və onların həyat hekayələri

13.10.2024 22:40 489 baxış
IMG

Bəzi uşaqlar yaşlarından yuxarı adlayan qeyri-adi qabiliyyətləri ilə hər kəsdən fərqlənirlər.  Bəziləri sonradan bu bacarıqlarını inkişaf etdirir, digərləri isə bunu yarıda qoyurlar.

Sizlərə dünyanın ən istedadlı və dahi uşaqlarını təqdim edirik.

Arfa Karim

Pakistanlı qız 5 yaşındaikən ailəsindən ona kompüter almasını istəyir. Yeni proqramlar quraraq təqdimat təşkil etməyi yoxlayır. 9 yaşında Arfa sertifikatlı Microsoft proqramçısı olur. Bill Gates onu Microsoftun mərkəzini görməyə dəvət edir.ABŞ-dan ölkəsinə qayıdanda ölkəsini beynəlxalq forumlarda təmsil edir.

Arfa 16 yaşında infarkt keçirir. Xəstəxanaya aparılır və Bill Gates müalicə xərclərini ödəməyi öhdəsinə götürür. Təəssüf ki, həkimlər Arfaya kömək edə bilmir, o, dünyasını dəyişir.

Uilyam Sids

Artıq 2  yaşında oxumağı  öyrənən Uilyam, 8 yaşında bir neçə dil bilirdi. Sids 11 yaşında Harvarda qəbul olur  və 17 yaşında orada müəllim kimi işləməyə başlayır.

Bununla belə, o, elmi kənara qoyub  mühasib olmağa qərar verir. Son illərini isə rahib olaraq keçirir.

Nadya Ruşeva

Antik Yunan mifologiyası haqqında klassik kitablara bir çox illüstrasiyalar çəkən istedadlı  sənətkar olub. "Mən çəkdiyim insanların həyatını yaşayıram. Əvvəl onları görürəm. Onlar kağız üzərində nişan kimi görünürlər və mən sadəcə, ətraflarında hərəkət edən  başqa cizgiləri əlavə edirəm” deyirdi. Maraqlı məqamlardan biri isə Nadyanın nadir hallarda pozandan  istifadə etməsidir.

Gənc qız 17 yaşında beyinə qansızmadan ölür. Onun 12 mindən çox rəsmi qalıb.

Akrit Casval

7 yaşında ilk tibbi  əməliyyatını həyata keçirib. Əlini yandıran bir dostunun barmaqları qıvrılır və dərisi əriyir. Ailəsi əməliyyat üçün pul tapmadığından  Casval yardım etməyə qərar verir. Əməliyyat uğurlu olur və xəstə yenidən barmaqlarını hərəkət etdirə bilir.

12 yaşlı gənc cərrah Tibb fakültəsinə daxil olur. Hazırda xərçəng xəstəliyi üçün müalicə tapmağa çalışır.

Nika Turbina

Nika Turbina astma  olduğundan, gecələr bu xəstəlik səbəbindən yatmırdı. 4 yaşında anasına ağzından çıxan hər sözün Allahın ona dediyi cümlələr olduğunu bildirir və anasından hər sözünü yazmasını istəyir. Daha sonra  şeir yazmağa başlayıb və 9 yaşında ilk şeir kitabı dərc olunub.

Nika 16 yaşında ağır əsəb pozuntusu keçirir. İsveçrəyə gedir və orada özündən 60 yaş böyük olan psixoloqu ilə evlənir. Bir il sonra yenidən Rusiyaya qayıdır və bir daha həyat yoldaşından danışmır.

Daha sonra Nika içki və narkotiklə bağlı problem yaşamağa başlayır. 27 yaşında bir dostunun evində 5-ci mərtəbədən yıxılaraq ölür.

Yakob Barnet

2 yaşlı Yakob Barnetta autizm diaqnozu qoyulur. Məktəbdə xüsusi təhsil siniflərinə gedir, ancaq anası tədris planın çox asan olmasının  oğlunu əsəbləşdirdiyini görür.  Beləliklə, evdə oxumağa başlayır və universitetdə fizika və astronomiya dərslərinə qoşulur.

Barnett liseyi 2 həftədə bitirib, 10 yaşında kollecə daxil olur. 13 yaşında öz əlaqə nəzəriyyəsini inkişaf etdirir. Hazırdanüfuzlu astrofizikdir.

Polina Osetinskaya

Polina  pianoçu və məşhur  rus yazıçısı  Oleq Osetinskinin qızıdır. Qızını böyütmək üçün öz xüsusi üsullarından istifadə edən atası Polinaya 8 yaşında saatlarla fortepiano dərsləri verirdi. Atası ona həqiqətən istedadlı olmadığını və yalnız xüsusi hazırlanma üsulları sayəsində çala bildiyini deyir.

Polina 13 yaşında evdən ayrılır. Bu gün Polina bir çox konsertdə iştirak edir və həmkarları qabiliyyətinin çox güclü olduğunu vurğulayırlar.

Qreqori Smit

Qreqori Smit 2 yaşında oxumağı öyrənir. Universitetə 10 yaşında daxil olur və 12 yaşında Nobel mükafatına namizəd kimi göstərilir.

Bu gün riyazi biologiya sahəsində elmlər doktorudur.

Kleopatra Stratan

Kleopatra maldovalı müğənni olan Pavel Stratanın qızıdır. Hələ uşaqkən atası onu bir mahnı oxuması üçün studiyaya aparır. O, "Mən sözləri bilirəm" adlı mahnı oxuyur. Sonra atası ilə birlikdə  bu işi davam etdirir. Hər kəs səsinə heyran olur.

Kleopatra Stratan 3 yaşında ilk albomunu çıxarır. Hazırda gənc müğənnidir və 4 albomu var.

Maykl Kearney

Dörd aylığında danışmağa başlayıb və 10 aylığında oxumağı öyrənib. 6 yaşında məktəbdən məzun olur, 10 yaşında isə universiteti bitirir. Maykl dünyanın ən gənc universitet məzunu olaraq Ginnesin Rekordlar Kitabında yer alır. 14 yaşında magistr dərəcəsi alır və 17 yaşında universitet dərs deməyə başlayır. Hazırda elm adamı kimi fəaliyyətini davam etdirir.

Xəbər lenti