Logo

ADNSU-da işəgötürənlərlə görüş keçirilib

10.10.2024 17:09 209 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) növbəti tədris ili üçün universitetə qəbul planının dövlət müəssisələri və özəl şirkət nümayəndələri- işəgötürənlərlə  müzakirəsi keçirilib. 

Görüşdə ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov, universitetin professor-müəllim heyəti, o cümlədən dekanlar və şirkət nümayəndələri iştirak ediblər.

30-a yaxın istehsalat müəssisəsinin nümayəndəsi və ya rəhbər şəxslərin iştirak etdiyi görüşdə ADNSU-nun İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin direktoru Bəhruz Nəzərov çıxış edərək görüşün məqsədi haqqında məlumat verib və universitetin istehsalat müəssisələri ilə əlaqələrindən danışıb. 

Sonra Tədris işləri üzrə prorektor, dosent Qasım Məmmədov universitet-sənaye əməkdaşlığının genişləndirilməsi ilə bağlı çıxış edib, ADNSU-nun 700-dən yuxarı müəssisə ilə əməkdaşlıq əlaqələrinin olduğunu deyib. 

Prorektor Qasım Məmmədov cari tədris ilində ADNSU-ya qəbul olan tələblərin sayı və ixtisaslar haqqında video-təqdimatla çıxış etdikdən sonra diqqətə çatdırıb ki, 2025/2026-cı tədris ilindən qəbul planını həyata keçirərkən işə götürənlərin tələb və təklifləri nəzərə alınacaq. 

Diskusiya formatında keçən görüşdə şirkət nümayəndələri əmək bazarında daha çox hansı ixtisasa uyğun kadrlara ehtiyac olmasından danışıblar. Universitetlərlə əməkdaşlıqda maraqlı olduqlarını deyən müəssisə rəhbərləri təkliflə çıxış ediblər və universitetin qəbul planı ilə bağlı şirkətlərlə belə bir görüşün keçirilməsini yüksək dəyərləndiriblər.

Xəbər lenti