Logo

“Davamlı gələcək: Gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib

10.10.2024 14:09 195 baxış
IMG

4 oktyabrda COP29-un tərəfdaşlığı ilə ADA universitetində “Davamlı gələcək: Gənclərin yaşıl innovasiyaları” adlı müsabiqə keçirilib.

Müsabiqənin əsas məqsədi qlobal iqlim fəaliyyətinə dəstək, habelə gənc nəslin iqlim dəyişikliyi ilə mübarizə sahəsində yeni yanaşmalarını nümayiş etdirməkdir.

Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən müsabiqəyə Sabahın Alimləri XIII Respublika Müsabiqəsində iştirak edərək uğur qazanan və layihələri ətraf mühitə, ekoloji problemlərə həsr olunmuş şagirdlər dəvət olunub.

Müsabiqədə Təhsil İnstitutunun Xüsusi istedadlı uşaqlarla işin təşkili şöbəsinin müdiri Tural Alışov çıxış edərək üzləşdiyimiz ekoloji problemlərdən, qlobal iqlim dəyişikliyindən bəhs edib, eyni zamanda iqlim dəyişikliyinin qlobal iqtisadiyyat, ətraf mühit və cəmiyyət üzərində böyük təsir göstərdiyini bildirərək Bakı İqlim Həftəsinin bu böhranın təsirlərinə qarşı qabaqlayıcı tədbirlərin görülməsində əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, müsabiqədə şagirdlərin layihələri yerli və xarici sahibkarlar, dövlət və özəl sektorun nümayəndələri, mütəxəssislər, qonaqlar tərəfindən dinlənilib və münsiflər heyəti tərəfindən qiymətləndirilib.

 

Xəbər lenti