Logo

Azərbaycan Dillər Universitetinin 48 gənci birincilik uğrunda mübarizə aparacaq.

07.10.2024 09:06 151 baxış
IMG

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Tərtər Olimpiya İdman Kompleksində “Poliqon” gənclərin hərbi-vətənpərvərlik düşərgəsi start götürüb.

Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və ləyaqət ruhunu gücləndirmək, onları ordu sıralarında xidmətə hazırlamaq, habelə mənəvi psixoloji və hərbi-fiziki hazırlığı artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov düşərgədə gənclərlə görüşüb.

İcra başçısı gəncləri salamlayaraq, onlara “xoş gəlmisiniz”,- deyib və onlara Tərtər rayonu, onun infrastrukturu, inkişaf proqramı, 44 günlük Vətən Müharibəsində ermənilərin yaşayış məntəqələrimizi atəşə tutması nəticəsində rayonun infrastrukturuna, mülki vətəndaşlara dəymiş ziyan barədə məlumat verib. Qeyd edib ki, 44 günlük Vətən Müharibəsində Tərtər şəhərinə və yaşayış məntəqələrinə 16277 top, tank, qrad mərmisi düşüb, 21 qadağan olunmuş raket atılıb. Bunun nəticəsində rayonun infrastrukturuna güclü ziyan dəyib, 12 körpələr evi-uşaq bağçasına, 16 ümumtəhsil müəssisəsinə, 10 tibb müəssisəsinə, 7 mədəniyyət müəssisəsinə, məscid və inzibati binalara, 83 çoxmərtəbəli yaşayış və 5344 fərdi yaşayış evlərinə, 95 nəqliyyat vasitəsinə, 18 kənd təsərrüfatı texnikasına ziyan dəyib. Rayon ərazisində müharibədən ziyan çəkmiş yaşayış və qeyri yaşayış sahələrinə işçi qrupu tərəfindən 7050 baxış keçirilib. Dövlət rəsmilərinin dediyi kimi “Tərtər Ermənistanın nasizminə qarşı Azərbaycanın Stalinqradı” olub.

Tərtər Olimpiya İdman kompleksində keçirilən hərbi-vətənpərvərlik düşərgəsində "Mübarizlər", "Aslanlar", "Canavarlar", "Şahinlər" və "Əqrəblər" komandalara Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan hərbçiləri tərəfindən sıra, topoqrafiya, mühəndis, komandir, kəşfiyyat, atəş hazırlığı və digər hərbi təlimlər keçiriləcək.

Xəbər lenti