Logo

BŞTİ-dən şagird yerdəyişməsi ilə bağlı müraciətə aydınlıq gətirilib

24.08.2024 14:13 302 baxış
IMG

Övladlarının 212 nömrəli tam orta məktəbdən 45 nömrəli tam orta məktəbə yerdəyişməsi ilə əlaqədar Xəzər televiziyasına müraciət edən vətəndaş Xəyalə Səlimovanın məsələsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

 

İdarədən "Azərbaycan müəllimi"nə bildirilib ki, qeyd olunan məsələ həllini tapıb, ümumi qaydalara uyğun olaraq vətəndaşın əkiz övladları eyni sinfə yerləşdirilib.

 

"Məsələ ilə bağlı valideyn tərəfindən BŞTİ-yə öncədən hər hansı müraciət daxil olmayıb. Onu da qeyd edək ki, məktəb rəhbərliyinə vətəndaş müraciətlərinə daha həssas münasibət göstərilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Vətəndaş məmnuniyyətinin təmin olunması diqqət mərkəzində saxlanılan əsas məsələlərdəndir" - məlumatda bildirilib.

Xəbər lenti