Logo

Tovuzda dördüncü kurs tələbəsi intihar edib

19.04.2021 23:01 910 baxış
IMG

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dördüncü kurs tələbəsi Paşa Mehdiyev intihar edib.

 

Tehsil.biz xəbər verir ki, hadisə Tovuzun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

 

2001-ci il təvəllüdlü P.Mehdiyevin hansı səbəbdən intihar etdiyi hələlik bəlli deyil.

 

Qeyd edək ki, özünü asaraq intihar edən tələbə AzDBTİA-da futbol ixtisası üzrə təhsil alırmış.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti