Logo

Bu müəssisədə tələbə qəbulu ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq

24.07.2024 11:09 860 baxış
IMG

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək bazarının tələbləri nəzərə alınaraq peşə təhsili müəssisələrində 600-ü dövlət sifarişi, 100-ü ödənişli olmaqla, müxtəlif ixtisaslar üzrə 2024-2025-ci tədris ili üçün 700 yerlik Qəbul Planı tərtib olunub.

 Nazirliyin mətbuat xidmətindən "Şərq qapısı"na bildirilib ki, nazirliyin tabeliyində olan peşə təhsili müəssisələri ölkədə fəaliyyət göstərən digər peşə təhsili müəssisələrinə uyğunlaşdırılaraq 6 aylıq, 1, 2, 3 və 4 illik ixtisasların tədrisini nəzərdə tutur.

 Qeyd edək ki, peşə təhsilini Muhasibat uçotu, Mehmanxana və restoran işinin təşkili və idarə edilməsi, Elektronika və kommunikasiya sistemlərinin istismarı, Nəqliyyat vasitələrinin texniki istismarı (avtomobil üzrə), Binaların tikintisi və istismarı ixtisasları üzrə bitirən tələbələrə subbakalavr ixtisas dərəcəsi veriləcək. İyul ayının sonundan başlayaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə tələbə qəbulu ilk dəfə ölkə üzrə mərkəzləşdirilmiş qaydada aparılacaq.

 

Xəbər lenti