Logo

Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək badmintonçular bəlli olub

13.07.2024 22:18 838 baxış
IMG

Bakı, 13 iyul, TEHSİL.BİZ

Macarıstanın Debretsen şəhərində tələbələr arasında keçirilən 5-ci Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək badmintonçular bəlli olub.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən TEHSİL.BİZ-a verilən məlumata görə, milli komandanın heyətində 4 idmançı yer alıb.

Turnirdə Aqil Qabilov, Rəvan Niftəliyev, Nərmin Şərifova və Nigar Əliyeva medallar uğrunda mübarizə aparacaqlar.

Badminton yarışları iyulun 17-dən 25-dək təşkil olunacaq.

Xəbər lenti