Logo

BDU-nun Qazax filialında tədrisin onlayn təşkili uğurla davam edir

19.04.2021 16:09 381 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında təhsilin davamlılığı onlayn (məsafədən) formada uğurla davam edir.

 

Tədris prosesi sillabus, mühazirə və digər dərs materiallarının ötürülməsinə, böyük həcmli materialların yerləşdirilməsinə də imkan verən “Microsoft Teams” platforması üzərindən həyata keçirilir. Bununla əlaqədar bütün  müəllimlər, tələbələr və magistrantlar üçün  dərslərə  xüsusi  daxilolma  kodları verilib. Dərslər iki növbəli olmaqla  uyğun qrafik üzrə aparılır.  Mühazirə mətnləri, imtahan sualları və köməkçi vəsaitlərin onlayn   qaydada  tələbələrə çatdırılması təmin edilir.

 

Filialda təhsil alan 1609 nəfər tələbə və 13 nəfər magistrantın dərslərə onlayn qoşulma vəziyyəti 85%-90%-dir. Bakalavriat səviyyəsi üzrə (əyani) 69 tələbə buraxılış işi üzərində, magistratura səviyyəsi üzrə  isə 2 magistrant magistrlik dissertasiyası üzərində işləyir.

 

Onlayn dərslərin video qeydiyyatı aparılır. Bu da internet imkanları məhdud tələbələrə həmin mühazirəni yenidən izləmək imkanı verir.

Xəbər lenti