Logo

SDU-da stadionun iki yerə bölünməsi ilə bağlı araşdırmalara başlanıldı

19.04.2021 16:08 340 baxış
IMG

Təhsil Nazirliyi Sumqayıt Dövlət Universitetinin (SDU) standart ölçülü futbol meydançasının iki yerə bölünərək, ortasından asfalt çəkilməsi ilə əlaqədar araşdırmalara başlayıb.

 

Bu barədə "Report"un sorğusuna cavab olaraq, nazirlikdən bildirilib. Məsələ ilə əlaqədar açıqlamanın veriləcəyi əlavə olunub.

 

"Təhsil Nazirliyinə müraciətinizə görə təşəkkür edirik. Məsələ ilə bağlı araşdırma gedir, açıqlama veriləcək" deyə sorğuya cavabda vurğulanıb.

 

Qeyd edək ki, SDU rəhbərliyi meydançanı iki yerə bölərək, ortasından asfalt çəkmələrini bir korpusdan digərinə gediş-gəlişi rahatlaşdırmaq istəkləri ilə əlaqələndirib.

Xəbər lenti