Logo

Ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxsləri üçün təlim keçirilib

08.07.2024 15:55 340 baxış

İyulun 5-də Bakı Dövlət Universitetində Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən “Ali təhsil müəssisələrinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları” ilə bağlı təlim keçirilib.
Təlimin keçirilməsində məqsəd ali təhsil müəssisələrinin rəhbər heyəti və məsul şəxslərini yeni qəbul olunmuş qaydalarla tanış etməkdir.
Təlimdə Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman şöbənin fəaliyyət istiqamətləri, həmçinin Elm və Təhsil Nazirliyinin Kollegiyasının Qərarına dair ümumi müddəalar barədə məlumat verib.
Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin müdir müavini Nərgiz Qədirxanova sözügedən qaydalarla bağlı təlimatları diqqətə çatdırıb.
Yekunda isə təlim iştirakçılarının sualları cavablandırılıb. 
Qeyd edək ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən sözügedən qaydalarla bağlı mütəmadi olaraq təlimlər keçiriləcək.

Xəbər lenti