Logo

7 iyul imtahanının nəticələri nə vaxt açıqlanacaq?

08.07.2024 10:55 925 baxış
IMG

7 iyul II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə qəbul imtahanı keçirilib. İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Şəmkir, Qazax, Ağstafa, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə Tehsil.biz-ə açıqlamasında bildirib ki, açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən imtahan nəticələrinin iki həftə sonra elan olunması nəzərdə tutulur:

“İyulun 8-dən etibarən imtahan protokolları və materialların emalına başlanılacaq".

Xəbər lenti